1520 metr hündürlükdəki Qaranohur... - Fotolar

1520-metr-hundurlukdeki-qaranohur
Oxunma sayı: 8134

İsmayıllı rayonu ərazisindəki Qaranohur gölü son illər ekoturizm həvəskarlarının ən sevimli səyahət məkanlarından birinə çevrilib. “Qafqazinfo” AZƏRTAC-a istinadən xəbər verir ki,  göl İsmayıllı şəhərindən şimal-şərq istiqamətdə 8 kilometr məsafədə yerləşir. Qaranohur dəniz səviyyəsindən 1520 metr hündürlükdədir.

Öz təbii gözəlliyi ilə seçilən göl böyük turizm potensialına malikdir və getdikcə daha çox turisti özünə cəlb edir. Hazırda gölə turistlər üçün piyada gəzintilər təşkil edilir. Bu gəzinti Talıstan kəndindən başlamaqla gözəl mənzərəli yerlərdən keçərək, piyada 2-3 saat davam edir.
Qaranohur gölünün minerallığı çox yüksəkdir. Bu səbəbdən suyu kənd təsərüffatı məqsədləri üçün yararlı deyil.

Gölün özəlliklərindən biri də odur ki, sahildən uzaqlaşdıqca suyun şəffaflığı artır və gölün ortasında maksimum həddə çatır. Yayda suyun orta temperaturu 15 dərəcə olur.

Azərbaycanlı peşəkar fotoqraf Lyokinin Qaranohur gölündə çəkdiyi gözoxşayan payız mənzərələrini təqdim edirik: