155 vətəndaşımız Dağıstandan Azərbaycana gətirildi - Yenilənib

155-vetendasimiz-dagistandan-azerbaycana-getirildi
Oxunma sayı: 3368

Rusiya sərhədində Azərbaycana qayıtmaq üçün toplaşan vətəndaşlarımızın bir qismi bu gün vətənə yola düşüb.

"Qafqazinfo" "RİA Novosti"yə istinadən xəbər verir ki, Dağıstan-Azərbaycan sərhədi yaxınlığında müvəqqəti yerləşdirmə məntəqələrində yaşayan 150-dən çox vətəndaşımız avtobuslar vasitəsilə Azərbaycana yola düşüb.

Növbəti göndərişin gələn həftə təşkil olunacağı bildirilib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev açıqlamasında bu gün 150 nəfərdən artıq vətəndaşın ölkəyə keçməsinin təmin olunacağını bildirmişdi.

***

Bu gün daha 155 Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə gətirilib.

Dağıstanda olan 155 nəfər avtobuslarla Azərbaycana təxliyə olunub.