“156 Evakuasiya”dan şəhid övladlarına xüsusi diqqət - Fotolar

156-evakuasiyadan-sehid-ovladlarina-xususi-diqqet
Oxunma sayı: 1661

“156 Evakuasiya” şirkəti hər ay olduğu kimi bu ay da 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərimizin ailələrini və qazilərini diqqətdə saxlamağa davam edir. Şirkət bu dəfə 20-dən çox şəhid ailəsi və övladı ilə bir araya gəlib.

“Qafqazinfo”  xəbər verir ki, onlar öncəliklə şirkətin müxtəlif sahələri ilə uşaqları tanış edərək, gələcəkdə seçəcəkləri peşələri yaxından tanıtdırıblar.

Daha sonra isə müğənni Ayaz Babayev şəhid övladları ilə bir araya gəlib, onlarla birgə mahnı oxuyub, rəqs edib, oyunlar oynayıb. Keçirilən görüşdə xatirə fotosu da çəkilib. İfaçı və şirkət rəhbərliyi balacalara hədiyyələrini təqdim edib.

Sözügedən tədbirdən fotoları təqdim edirik: