15+6 neçə edir? - - Buna görə nikahdan imtina etdi

156-nece-edir-
Oxunma sayı: 3647


“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, gəlin bəydən “15-in üstünə 6 gəlsən neçə alınar”-deyə soruşub. “17” cavabını eşitdikdən sonra o toyun baş tutmayacağını deyərək mərasimi tərk edib, Hindistandakı ştatın yerli polis idərəsi bildirir.
Bəy tərəfinin gəlini yola gətirmək cəhdləri nəticə verməyib və bəyin savadsız olduğunu deyən gəlin öz qərarından dönməyib.
Yerli polis idarəsinin nümayəndəsi ixtilafı çözmək üçün tərəflər arasında vasitəçi rolunda çıxış edib. Nəticədə tərəflər bir-birlərinə toy hədiyyələrini qaytarıblar.

Hadisənin baş verdiyi Razulabad şəhərinin sakini deyib ki, oğlan evi bəyin kəmsavad olduğunu gəlindən gizli saxlayıb.
Gəlin bu barədə xəbər tutan kimi toydan imtina edib, - sakin Mohar Sinqx AP agentliyinə deyib.
Hindistanda nikahların əksəriyyəti ailələr tərəfindən təşkil olunur. Bir çox hallarda bəy və gəlin toydan əvvəl qısa müddət ərzində belə birlikdə qalmaq imkanından məhrumdurlar.