1,5644 oldu - Sabahkı məzənnə

15644-oldu
Oxunma sayı: 2678

Azərbaycanda dolların rəsmi məzənnəsində dəyişiklik olub.

"Qafqazinfo" Mərkəzi Banka istinadən xəbər verir ki, fevralın 18-nə olan USD/AZN rəsmi məzənnəsi 1,5644 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, Azərbaycanda rəsmi məzənnəyə görə bu gün 1 dollar 1.5675 manat olub.

Xatırladaq ki, 2015-ci il dekabrın 21-də Mərkəzi Bank “Üzən məzənnə” rejiminə keçid haqda qərar qəbul edib və həmin gün dolların qiyməti 50 faiz bahalaşıb.