15,7 milyona “Sevilya”dan “Ayaks”a keçdi

157-milyona-sevilyadan-ayaksa-kecdi
Oxunma sayı: 928

Futbol üzrə Hollandiya yığmasının yarımmüdafiəçisi Kvinsi Promes Amsterdamın “Ayaks”ı ilə 5 illik müqavilə imzalayıb.

“Qafqazinfo” “Ayaks”ın mətbuat xidmətinə istinadən xəbər verir k, sözügedən müqavilə iyulun 1-dən qüvvəyə minəcək. Transferin qiyməti 15,7 milyon avro təşkil edib.

Qeyd edək ki, Promes “Ayaks”a İspaniyanın “Sevilya”sından transfer olunub.