16 illik evlilik 15 dəqiqədə bitdi

16-illik-evlilik-15-deqiqede-bitdi
Oxunma sayı: 2308

Türkiyənin məşhur aktyoru Atılgan Gümüş 16 illik xanımı Verda Gümüşdən boşanıb.

“Qafqazinfo” xəbər verir ki, aktyor İstanbul Ailə Məhkəməsinə müraciət edərək ayrılmaq istədiyini bildirib. O, ərizəsində qeyd edib ki, qarşı tərəflə yola getmir və münasibətlərinə nöqtə qoymaq istəyir.

Hakim 15 dəqiqə davam edən prosesdə qərar verib. Rəsmi şəkildə ayrılan Atılgan övladına aylıq 4 min 500 lirə aliment ödəyəcək. Tərəflər isə bir-birindən heç bir təzminat tələb etməyib.