“Qafqazinfo” xəbər verir ki, dünyada öz klubuna sadiq qalan futbolçulardan sayılan İkerin “Arsenal”a keçəcəyi iddia olunur. Mesud Özilə qucaq açan və onun “Real”da ehtiyat oyunçular skamyasında oturmağına göz yuma bilməyən “Arsenal” bu dəfə eyni münasibəti Kasilyasa göstərmək istəyir. Hər şey 32 yaşlı təcrübəli fubtolçunun verəcəyi qərardan asılı olacaq.
Xatırladaq ki, Kasilyas elə "Real" Madrid yetirməsidir. O, 1990-98-ci illər ərzində əvəzedici komandada, 1998-ci ildən etibarən isə kral klubunun əsas heyətində çıxış edir.
İqbal
Son xəbərlər
Son Xəbərlər