“16 yaşımda burnum sınmışdı...”

16-yasimda-burnum-sinmisdi
Oxunma sayı: 778

Macarıstan futzal yığmasının baş məşqçisi Sito Rivera Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan millisinə 1:6 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib.

"Qafqazinfo" xəbər verir ki, mütəxəssis öncə oyun haqda danışıb. 

- Rəqibi təbrik edirəm. Azərbaycan yığmasının 4-cü qolundan sonra hər şey bitdi. Bizdən daha güclü idiniz. 

- Pley-off şanslarınızı necə dəyərləndirisiniz?

- Şansımız 50 faizdir. 

- Bakıda gözləntiləriniz əksini tapdı?

- Məqsəd mərhələ keçmək idi. Bunu da bacardıq. 

- Avropanın əksək ölkələri braziliyalıları milliləşdirir. Bu cür planınız yoxdur?

- Pulun var braziliyalı var, pulun yoxdusa, braziliyalı nə gəzir?

- Səhhətiniz necədir?

- 16 yaşımda burnum sınmışdı. Öyrəncəliyəm. İndi yaxşıyam.