Bu gün səhər saatlarında Tərtər rayonunda erməni sialhlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 16 yaşlı qız ölüb.
Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, Tərtər rayonunun cəbhəyanı zonaya yaxın bir sıra yaşayış məntəqələri, o cümlədən Həsənqaya kəndi növbəti dəfə düşmən atəşinə məruz qalıb. Belə ki, aprelin 5-də saat 11:00 radələrində Həsənqaya kəndində məskunlaşmış Kəlbəcər rayon sakini, 2000-ci təvəllüdlü Həsənli Turanə Kamandar qızı, yaşadığı evə atılmış mərminin partlaması nəticəsində çoxsaylı qəlpə xəsarətləri alaraq hadisə yerində vəfat edib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər