“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Məclisin yaz sessiyasının bu gün keçirilən son plenar iclasında MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, Cinayət Məcəlləsinin 151-ci maddənin sanksiyası bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmçinin, təklif edilir ki, 152-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
"152.1. On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə -üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə-üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bununla yanaşı, dəyişikliklərdə göstərilir ki, bu Məcəllənin 152.1 və ya 152.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə — üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, təklif olunur ki, 153-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:
"153.1. On altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə —iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 153.2. Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə—bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 153.3. Bu Məcəllənin 153.1 və ya 153.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə — üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.".
Bununla bərabər, Məcəlləyə 171.2.3-cü maddə əlavə edil məsi təklif olunur:
"171.2.3. yetkinlik yaşına çatmayanın valideynləri və ya üzərinə qanunla yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi qoyulmuş digər şəxslər və ya yetkinlik yaşına çatmayanlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə".
Müzakirələrdən sonra Cinayət Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsi qəbul edilib.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər