16 yaşında Tiflis gözəli seçilən azərbaycanlı - - Fotolar

16-yasinda-tiflis-gozeli-secilen-azerbaycanli-
Oxunma sayı: 5700


"Qafqazinfo" müsahibədən həmyerlimizin Tiflis gözəli seçilməsi ilə bağlı təəssüratlarını təqdim edir:

"Bəzi xırda saydığım uğur və nailiyyətləri nəzərə almasam, ilk uğurum 2008-ci ildə olub. Görünüşümə görə ətrafımda olan xanımlardan fərqləndiyim üçün gözəllik yarışmasında iştirak üçün təklif aldım. Düzü, bu müsabiqədə qalib olacağıma heç ümidim yox idi. Çünki düşünürdüm ki, azərbaycanlı soyadı daşıyıram və buna görə, mənim qalib gəlmək şansım xeyli azdır. Amma hər şey düşündüyüm kimi olmadı. Doğrudan da bütün proseslər obyektiv keçdi və mən - bir azərbaycanlı qızı 1-ci yerin qalibi oldum. Bu uğur mənim üçün çox qəribə görünürdü. Bəlkə də ən böyük uğurlarımdan biri olduğu üçün bu belə idi. Bir daha münsiflər heyətinə təşəkkürümü bildirirəm. Bundan başqa 2009-cu ildə “Türkcə Olimpiyatlar” adlanan yarışmada Gürcüstanı təmsil edirdim və yarışda 3-cü yerin sahibi olmuşdum. Bu yarışmadan qayıtdıqdan sonra “Miss Tiflis” gözəllik yarışmasından təklif aldım və düşünmədən bu təklifi qəbul etdim. Bu təklif mənim üçün inanılmaz görünürdü. 16 yaşımda Tiflis gözəli də seçildim. Bu, mənim karyeramda, ümumilikdə ictimai həyatımda da tramplin rolunu oynadı. Bu uğurdan sonra müxtəlif yerlərdən xeyli təkliflər aldım. Müxtəlif fotosessiyalar, film çəkilişləri, səhnə və sair təkliflər bu gün də gəlməkdə davam edir.