16 yaşlı dünya çempionu qayadan yıxılıb öldü

16-yasli-dunya-cempionu-qayadan-yixilib-oldu
Oxunma sayı: 3463

Gənclər arasında qayayadırmanma üzrə dünya çempionu Lüsi Duadi bədbəxt hadisə nəticəsində həyatını itirib. “Qafqazinfo” bildirir ki, bu barədə “Reuters” xəbər verib.

Agentliyin məlumatına görə, 16 yaşlı fransalı idmançı dostları ilə bərabər evinin yaxınlığındakı qayalara baxış keçirirdi. O gözlənilmədən sürüşüb və 150 metrlik uçuruma yıxılıb.

Duadi gənclər arasında boulderinq (qayayadırmanma növlərindən biri) üzrə dünya çempionu idi. 2019-cu ildən idmançı böyüklər üçün olan yarışlarda çıxış edirdi və Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməli idi.