Qohumlarının "Qafqazinfo"ya verdikləri məlumata görə, 1998-ci il təvəllüdlü Fərəcov Elnur Nizami oğlu bu ilin may ayının 24-də evdən çıxıb və geri qayıtmayıb. Elnur evdən çıxan zaman mobil telefonunu evdə qoyub. Valideynləri onun oğurlanmasından və ya qaçırılmasından şübhələnirlər. Yaxınları bildiriblər ki, ailə çox pərişən vəziyyətdədir.
Elnur haqqında məlumatı olan şəxslərdən 055-288-66-62 nömrəsi ilə əlaqə saxlamağını xahiş edirlər.
Son xəbərlər
Son Xəbərlər