16 yaşlı oğlan əsgər yolasalma məclisində qan tökdü

16-yasli-oglan-esger-yolasalma-meclisinde-qan-tokdu
Oxunma sayı: 5278

Ağcabədi rayonunda əsgərlik yığıncağı bıçaqlanma ilə yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Hüsülü kəndində yaşayan Namiq Məmmədov evinin həyətində oğlunun hərbi xidmətə getməsi münasibətilə məclis təşkil edib. Burada kənd sakinləri 37 yaşlı Seymur Mirzəyev ilə 16 yaşlı Ə.M. arasında mübahisə yaranıb. Seymur Ə.-yə yaşının az olmasına görə onunla mübahisə edə bilməyəcəyini deyib. 

Bu söz Ə.-ni hiddətləndirib. Bundan sonra Seymur məclisdən çıxaraq evinə doğru getməyə başlayıb. 16 yaşlı Ə. onun arxası ilə gedərək evinə çatanda Seymuru darvazalarının qarşısında çiyin, kürək və bel nahiyəsindən 5 dəfə bıçaqlayıb. Seymur Mirzəyev yaralı vəziyyətdə evinə gedib və ailə üzvləri tərəfindən xəstəxanaya aparılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti stabildir.

Faktla bağlı Ağcabədi rayon prokurorluğunda qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb, Ə.M. şübhəli şəxs qismində tutulub. İstintaq davam etdirilir.

Murad Əhməd