16 yaşlı oğlan Kürdə boğuldu

16-yasli-oglan-kurde-boguldu
Oxunma sayı: 1447

Kür çayının Kürdəmir rayonu, Mollakənd kəndi ərazisindən keçən hissəsində 2004-cü il təvəllüdlü Usubov Aqil Şahverdi oğlunun axtarışları başa çatıb. 

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, A.Usubovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.