16 yaşlı oğlan velosipeddən yıxılaraq ölüb

16-yasli-oglan-velosipedden-yixilaraq-olub
Oxunma sayı: 1888

 

"Qafqazinfo" xəbər verir ki, Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şəki şəhəri Məzahir Əliyev-21 ünvanında yaşayan, 1999-cu il təvəllüdlü Murad Bayram oğlu Həsənov velosipedlə elə həmin küçədə hərəkətdə olarkən velosipedi aşırıb. Nəticədə 16 yaşlı Murad Həsənov başından qapalı kəllə-beyin travması ilə  Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Həkimlərin səyinə baxmayaraq Murad Həsənov xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

 Faktla bağlı araşdırma aparılır.