16 yaşlı oğlanı maşın vurub öldürdü

16-yasli-oglani-masin-vurub-oldurdu
Oxunma sayı: 2041

Tovuzda piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. 

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2005-ci il təvəllüdlü Qasımov Bədəl İlham oğlunu vurub.

Piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd