16 yaşlı oğlanı öldürənin məhkəməsi başlayır

16-yasli-oglani-oldurenin-mehkemesi-baslayir
Oxunma sayı: 730

Bakıda zorakılıq yolu ilə qətl törətməkdə şübhəli bilinən 18 yaşlı Ağaramazan İsmayılovun barəsindəki cinayət işinin istintaqı yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bu ilin iyul ayında paytaxtın Binəqədi rayonunda baş verib. Hökməli qəsəbəsində yaşayan 2002-ci il təvəllüdlü Musa Babayev bıçaqlanaraq qətlə yetirilib. Onun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Daha sonra istintaq zamanı cinayəti törətməkdə şübhəli bilinən A.İsmayılov saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

A.İsmayılovun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı hakim Ramella Allahverdiyevanın icraatında aparılacaq. İlk hazırlıq iclası yaxın günlərdə təyin olunacaq.

Murad Əhməd