16 yaşlı qız intihara cəhd etdi - Göyçayda

16-yasli-qiz-intihara-cehd-etdi
Oxunma sayı: 712

Göyçay rayonunda yeniyetmə qız intihara cəhd edib.

“Qafqazinfo”nun Report-a istinadən xəbərinə görə, rayonun İnçə kənd sakini, 2001-ci il təvəllüdlü Səma Zaur qızı Cabbarova bu məqsədlə sirkə turşusu içib.

Vəziyyətinin ağır olduğunu görən valideynləri S.Cabbarovanı Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Xəstəxanadan verilən məlumata görə, Pediatriya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti qənaətbəxşdir və artıq həyatı üçün təhlükə yoxdur.

Faktla bağlı araşdırma aparılır.