16 yaşlı qızı maşın vurdu

16-yasli-qizi-masin-vurdu
Oxunma sayı: 1735

Oğuzda yeniyetmə qızı avtomobil vurub.

"Qafqazinfo" xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Şəki sakini, 39 yaşlı Müşfiq Əzizov idarə etdiyi "Vaz" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Oğuz rayon Padar kənd sakini 16 yaşlı Qönçə Mustafayevanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yeniyetmə qız Oğuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov