16 yaşlı yeniyetmə 5 saat təyyarə təkərində uçub

16-yasli-yeniyetme-5-saat-teyyare-tekerinde-ucub
Oxunma sayı: 3350


Kaliforniyanın San Xose şəhərindən Havay adalarından biri olan Mauiyə uçan təyyarənin şassiləri, yəni təkərləri yığılan bölümdə gizlənmiş yeniyetmə uçuş vaxtı huşunu itirib. O, təyyarə yerə enəndən 1 saat sonra özünə gəlib.

Yeniyetmə təyyarənin texniki bölümündən çıxaraq hava limanının çıxışına yollanıb, bu vaxt onu təhlükəsizlik xidməti saxlayıb.

 Reuters-in məlumatına görə, həkimlər yeniyetməni müayinədən keçirəndən sonra onun sağ-salamat olduğunu bildiriblər.

Federal Təhqiqat Bürosunun agenti Tom Simon deyib ki, “bu möcüzədir, yeniyetmə heç bir xüsusi müdafiə vasitəsindən istifadə etmədən sağ qala bilib”.

5 saatlıq uçuş vaxtı təyyarə 11 km hündürlüyə qalxıb. Burda oksigen çatmır.  Havanın temperaturu mənfi 60 dərəcə C-yə  düşür.