160-dan çox hakimə rəsmi xəbərdarlıq edilib

160-dan-cox-hakime-resmi-xeberdarliq-edilib
Oxunma sayı: 3079

Ötən il korrupsiyaya şərait yaradan hallara və digər pozuntulara görə 1 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 2 nəfər tutduğu vəzifədən azad olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Məhkəmə Hüquq Şurasının iclasında bildirilib.

Bundan başqa, vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verdiklərinə görə ötən il 160-dan çox hakimə rəsmi xəbərdarlıq edilib.

2022-ci ildə Məhkəmə Hüquq Şurası tərəfindən 4 hakimin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq səlahiyyətlərinə vaxtından əvvəl xitam edilib. Bildirilib ki, 9 hakimə işində dönüş yaratmaları üçün 6 ay vaxt verilib.