165 milyonluq malikanə aldı

165-milyonluq-malikane-aldi
Oxunma sayı: 1781

Dünyanın ən zəngin insanı Ceff Bezos Beverli-Hillzdə 165 milyon dollara malikanə alıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Wall Street Journal” mənbələrinə istinadən xəbər verib.

Bezos onu mediamaqnat Devid Qeffendən alıb. Bu, Los-Anceles rayonu üçün rekord məbləğli sövdələşmədir. Mənbələrin məlumatına görə, sövdələşmədə daşınmaz əmlak üzrə agentlər iştirak etməyib.

“Warner Estate” adlı malikanə 1930-cu illərdə “Warner Bros” şirkətinin prezidenti Cek Uorner üçün layihələndirilib. Burada geniş terraslar, bağlar, bir neçə qonaq evi, tennis kortu və qolf meydançası var.

Xatırladaq ki, daha əvvəl Bezos Nyu-Yorkda 80 milyon dollara üç mənzil almışdı.