“166 Logistika” Bakı Enerji Həftəsində diqqət mərkəzində! - Video

166-logistika-baki-enerji-heftesinde-diqqet-merkezinde
Oxunma sayı: 1384

Hər il olduğu kimi bu il də regionun enerji sektorunda mühüm hadisə hesab edilən və 37 ölkənin iştirakı ilə reallaşan Bakı Enerji Həftəsində, aylardır logistika sahəsində ölkə gündəmini zəbt edən  ”166 Logistika” brendi öz stendi və komandası ilə sərgidə diqqətləri cəlb edib.

“Qafqazinfo” xəbər verir ki, 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 29-cu Bakı Enerji Forumu kimi üç mötəbər tədbirin keçirildiyi Bakı Ekspo Mərkəzində “166 Logistika” brendi ilə yanaşı ölkənin evakuasiya sahəsində öndə olan “156 Evakuasiya” şirkəti də fərqli və maraqlı stendi ilə seçilənlər arasında idi. 

Dünyada yük daşınması və logistika sahəsində diqqətlərin  Azərbaycan ərazisindən keçən Transxəzər dəhlizinə yönləndiyi bu dövrlərdə “166 Logistika” xidmətinin 12 gün ərzində Çindən Bakıya dəmiryolu vasitəsi ilə sürətli daşınmanı reallaşdırması sərgidəki ziyarətçilər arasında ciddi marağa səbəb olub. Müxtəlif ölkələrdən olan iş adamları şirkətin xidmət keyfiyyəti, sürəti ilə tanış olmaqla yanaşı müxtəlif suallarına da cavab tapa biliblər.

Qeyd etmək istərdik ki, “166 Logistika” brendinin Çindəki nümayəndəsi Sərxan Xubanlı və komandası işlərin sürətli  və peşəkar şəkildə idarə olunmasına nəzarət edir.

Sözügedən sərgidən video və foto görüntüləri təqdim edirik: