167 ton ərzaq məhv edilib

167-ton-erzaq-mehv-edilib
Oxunma sayı: 634

2011-cu ildə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin apardığı yoxlamalar zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş və etiketlənməsi, habelə keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərinin tələblərinə uyğun olmayan 167,7 ton müxtəlif ərzaq malları (ət və ət məhsulları, şəkər, bal və qənnadı məmulatları, süd və süd məhsulları, balıq məhsulları, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər və s.) satışdan çıxarılaraq məhv edilib.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, bu dövrdə saxlama müddəti ötmüş, mənşəyi məlum olmayan, etiketlənməsi normativ sənədlərin tələblərinə cavab verməyən 1 ton qeyri-ərzaq malları (yuyucu və təmizləyicilər, kosmetik vasitələr və s.) satışdan çıxarılaraq məhv edilib.