17 aya dünyanı gəzdi- - Fotolar

17-aya-dunyani-gezdi-
Oxunma sayı: 934


 “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu fikir 14 yaşında gəmi ilə dünya səfərinə başlayan qızcığaza məxsusdur. Laura Dekker 5 il əvvəl ən böyük xəyalını gerçəkləşdirmək fikrinə düşüb. 14 yaşında Guppi adlandırdığı gəmisi ilə dünya səyahətinə çıxan Laura və bir qrup şəxs gənc qızın bu səfərindən uzunmetrajlı sənədli film hazırlayıb. Sənədli filmdə daha çox Lauranın çəkdiyi kadrlar yer alıb. Laura səyahətə çıxacağını dediyi zaman insanların ona qəribə baxdığını, ciddi qəbul etmədiklərini deyib: “Dəli olduğumu deyən çox insan var idi. Uşaqlığımın ilk 5 ilini dənizdə keçirdiyim üçün həmişə o günlərə dönmək istəmişəm. Bu, mənim xəyalım idi”.

Qeyd edək ki, Laura 17 ay müddətində dünya turunu bitirdikdən sonra evinə qayıdıb. Səyahətindən sonra bir neçə kitab yazan Laura hal-lazırda evlidir və gəncləri xəyallarının arxasınca getməyə səsləyir: “Bəlkə də küləyin sizi apardığı yerə getmək elə də imkansız deyil”.

Günel Hacı

“Qafqazinfo”