17 dəqiqə 45 saniyə sonra ABŞ-ı vururuq... - Kim planını açıqladı

17-deqiqe-45-saniye-sonra-abs-i-vururuq
Oxunma sayı: 639

Şimali Koreya ABŞ prezidenti Donald Trampın təhdidinə Guam sahillərinə raket hücumu planını açıqlamaqla cavab verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, plana əsasən, 4 raket eyni anda buraxıldıqdan 17 dəqiqə 45 saniyə sonra Guam sahillərinə düşəcək. 

Şimali Koreyalı general plan tamamlandıqdan sonra onu ölkə lideri Kim Çen Ina təqdim edəcəklərini bildirib. General, həmçinin Trampın ünvanına sərt ifadələr işlədib. O, ABŞ liderinin açıqlamalarının “axmaqlıqla yüklü” olduğunu söyləyib: “Məntiqdən kasad bir adamla dialoq mümkün deyil. Ona ancaq mütləq güc təsir edər”. 

ABŞ-ın döyüş gəmiləri isə dünən Çin dənizinə yaxınlaşıb. Çinin Xarici İşlər və Müdafiə Nazirlikləri Vaşinqton rəhbərliyini təxribatda ittiham edib. Çinin XİN sözçüsü ABŞ-ı ölkənin suverenliyinə və beynəlxalq təhlükəsizliyinə ciddi zərər vurmaqda günahlandırıb. 

Yaponiya da bölgədə baş verənlərdən narahatlığını ifadə edib. Belə ki, Şimali Koreyanın atacağı raketlər bu ölkənin üzərindən göndəriləcək.Yaponiyanın Müdafiə naziri rəsmi Pxenyanın atmağı planlaşdırdığı raketlərin ölkəsi üçün təhdid daşıyacağı halda vurulacağını açıqlayıb.