17 dini icmaya şəhadətnamə verildi

17-dini-icmaya-sehadetname-verildi
Oxunma sayı: 939


 Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, bu məqsədlə təşkil edilmiş toplantıda Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini  icmaların sədrləri iştirak ediblər.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda dövlət-din münasibətlərindən danışaraq bildirib ki, ölkəmizdə dövlətin dinə, o cümlədən müxtəlif dini icmalara diqqət və qayğısı ardıcıl həyata keçirilir. Yeni qeydiyyatdan keçmiş dini icmaların sədrlərinə müvafiq tövsiyələrini verən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı icmaları daha aktiv olmağa, yerlərdə axund və imamlarla, eləcə də QMİ-nin nümayəndələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməyə çağırıb.

Eyni zamanda Komitə sədri dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağı, rəhbərlik etdikləri icmaların milli-mənəvi dəyərlərimizin təbliği və radikalizmə qarşı ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini, ümummilli maraqlardan çıxış etmələrini tövsiyə edib.

Dini icma sədrləri çıxış edərək dini sahəyə göstərilən diqqət və qayğıya görə təşəkkür edib, rəhbərlik etdikləri icmalarda dini sabitliyi qoruyub saxlamaq üçün əllərindən gələni edəcəklərini, milli-mənəvi dəyərlərin təbliği istiqamətində iş aparacaqlarını bildiriblər.