17 gün öncə meyiti tapılan şəxsin yaxınları axtarılır - Foto

17-gun-once-meyiti-tapilan-sexsin-yaxinlari-axtarilir
Oxunma sayı: 3678

Cari il mayın 24-də Suraxanı rayonunun Əmircan qəsəbəsi A.Rzayev küçəsində 55-60 yaşlı naməlum kişi meyidi aşkar edilib.

DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya bildirilib ki, kimliyi istintaqa məlum olmayan, şəkildə gördüyünüz bu şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 - Zəng Mərkəzi”nə, həmçinin Suraxanı Rayon Polis İdarəsinə (012) 452-02-02 şəhər və (070) 299-06-08; (050) 299-07-08  mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.