Növbəti mövsüm üçün Türkiyə Super Liqasına vəsiqə qazanan son komandanın adına aydınlıq gəlib.
“Qafqazinfo” xəbər verir ki, bu, “İstanbulspor” olub. Komanda pley-off mərhələsinin finalında “Bandırmaspor”la qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib. “İstanbulspor” bununla da 2022/23 mövsümündə Super Liqada oynamaq şansı qazanıb.
Qeyd edək ki, daha əvvəl “Ankaragücü” və “Ümraniyespor” Super Liqaya vəsiqə əldə edib.
Xatırladaq ki, “İstanbulspor” Super Liqa ilə 2004/2005-ci il mövsümündə vidalaşmışdı.
Son xəbərlər
Son Xəbərlər