Kiyev vilayətinin Beloçerkovski rayonunda 18 kiloqrama yaxın çəkisi olan nəhəng göbələk aşkarlanıb.
“Qafqazinfo” xəbər verir ki, Drozdı kəndinin sakinləri meşədən göbələk yığarkən 17,75 kiloqramlıq nəhəng göbələyə rast gəliblər.
Ukraynanın Milli Rekordlar Reyestrindən bildiriblər ki, ölkədə bu ağırlıqda və ölçüdə göbələk qeydə alınmayıb. Göbələyin rekordlar kitabına düşməsi üçün müvafiq işlər görülür.

Son xəbərlər
Son Xəbərlər