17 min manatlıq lazer aparatını 900 manata satıblar

17-min-manatliq-lazer-aparatini-900-manata-satiblar
Oxunma sayı: 2388

Zabratda gözəllik salonundan 17 min manat dəyərində lazer aparatı oğurlayan şəxslər saxlanılıb.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə ilə bağlı Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə məlumat daxil olub.

Keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1970-ci il təvəllüdlü Rasim Əhmədov və 1977-ci il təvəllüdlü Riyad Şükürov saxlanılıb.

Onlar ifadələrində oğurladıqları lazer aparatını 900 manata satdıqlarını bildiriblər.

Faktla bağlı 15-ci PB-də araşdırmalar davam etdirilir.