17 saata xilas edilən ölkə…

17-saata-xilas-edilen-olke
Oxunma sayı: 2155



“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniya Baş naziri Angela Merkelin “etibarımız qalmayıb” sözləri ilə başlayan zirvədə üç illik bir dövr üçün 82-86 milyard avro məbləğində bir qurtarma planı razılığına gəlinib. 

Angele Merkel: “Tarixi müqayisələrin parçası olmaq istəmirəm” 

Müqavilə Almaniyanın tələbləri istiqamətində formalaşıb. Zirvə görüşündən sonra Merkelə müqavilədə qarşıya qoyulan şərtlərin 1919-cu ildə Almaniyanın imzalamağa məcbur olduğu Versal sülhünü xatırlatdığı ehtiva edilib. Merkel isə tarixi müqayisələrin bir parçası olmaq istəmədiyini, xüsusilə də iştirak etmədiyi hadisələrin onunla əlaqələndirməsini xoşlamadığını deyib. 

“Qalib və ya itirən tərəf yoxdur”

AB Komissiyasının Başçısı Jean Claude Juncker çıxışında bildirib ki, müqavilənin yunan xalqını təhqir etmədiyini düşünür: "Bu müqavilənin qalibləri və ya itirən tərəfi yoxdur. Tipik bir Avropa razılaşmasıdır ". 
Görüşdə Afinanın borclarını ödəyə bilməsi üçün 20 iyula qədər 7 milyard, avqust ortasına qədər isə 5 milyard avroya yaxın pula ehtiyac duyduğu vurğulanıb. 

Yunanıstan Parlamentinin 15 iyula qədər tələb edilən 4 maddəni qəbul edib tətbiq etməyə başladığı təqdirdə razılaşma planı tam şəkildə həyata keçirilməyə başlayacaq. Qərb Yunanıstandan daha yaxşı özəlləşdirmə proqramınının həyata keçirilməsini istəyir. Bu məzmunda özəlləşdirmə vasitəsilə nəğd pula çevirilərək vəsait hədəf olaraq 50 milyard avro civarında müstəqil bir fonda köçürüləcək. 

Günel Hacı