17 yaşlı futbolçunun dublu “Barselona”ya qələbə qazandırdı - Video

17-yasli-futbolcunun-dublu-barselonaya-qelebe-qazandirdi
Oxunma sayı: 1646

“Barselona” La Liqada növbəti oyuna çıxıb. “Qafqazinfo” xəbər verir ki, Kataloniya klubu 22-ci turda doğma meydanda “Levante” ilə qarşılaşıb.

Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qələbə qollarını 17 yaşlı Ansu Fati vurub.

Bu qələbə ilə xalını 46-a yüksəldən “Barselona” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Real” 49 xalla 1-ci, “Hetafe” 39 xalla 3-cüdür.

“Barselona” – “Levante” 2:1
Qollar: Fati, 30 (1:0), 32 (2:0), Roçina, 90