17 yaşlı gənc intihar etdi - İmişlidə

17-yasli-genc-intihar-etdi
Oxunma sayı: 2466

İmişli sakini özünü asaraq intihar edib.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, intihar hadisəsi gecə saatlarında baş verib.

Rayonun Sarxanlı kənd sakini, 1999-cu il təvllüdlü Aslanlı Şahmurad Tofiq oğlu özünü fərdi yaşayış evinin həyətində olan yardımçı evin damından asıb. Onun meyitini asılmış vəziyyətdə səhər saatlarında bibisi aşkar edib. Ş.Aslanlının epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı İmişli prokurorluğunda araşdırma aparılır.