17 yaşlı gəncin meyiti kanaldan tapılıb

17-yasli-gencin-meyiti-kanaldan-tapilib
Oxunma sayı: 1427

Bu il mayın 25-də Samur-Abşeron kanalının Qusar rayonu, Urva kəndi ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 82 km aralıda, nəzarətsiz ərazidə) batdığı ehtimal olunan 2001-ci il təvəllüdlü Nəbiyev Dəyanət Didar oğlunun axtarışları başa çatıb.

"Qafqazinfo" FHN-nə istinadən xəbər verir ki, D.Nəbiyevin cəsədi Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.