Bakıda evdən oğurluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, iyulun 18-dən 21-dək olan müddət ərzində Səbail rayonu, Badamdar qəsəbəsi, S. İbrahimxəlilov küçəsində yerləşən evlərdən birindən 40 dollar və 4 min manatlıq qızıl oğurlanıb.
Cinayəti törətməkdə şübhəli bilinən 2003-cü təvəllüdlülər - Cəsur Həsənov və Elcan Abdullazadə Səbail RPİ 41-ci PB əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Son xəbərlər
Son Xəbərlər