17 yaşlı iş yoldaşını qətlə yetirdi - Yenilənib

17 yaşlı iş yoldaşını qətlə yetirdi
Oxunma sayı: 5363

Biləsuvarda qətl hadisəsi törədilib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Ağayrı kəndinin ərazisində baş verib.

Belə ki, tarlada bir yerdə işləyən gənclər arasında mübahisə yaranıb. Bu səhər bir maşında işləməyə yola çıxan, Biləsuvar şəhər sakini, 1998-ci il təvəllüdlü Fərəcli Məhəmməd Füzuli oğlu rayonun Ağayrı kənd sakini, 2004-cü il təvəllüdlü Abıyev Sadiq Namiq oğluna ağır bıçaq xəsarəti yetirib. 

Yaralı rayon xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Həmçinin bir maşında olan Ağayrı kənd sakini, 2005-ci il təvəllüdlü Rüstəmov Nurlan Rüstəm oğlu qolundan bıçaq xəsarəti alıb.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda cinayət işi açılıb.  

***

Biləsuvar rayon prokurorluğu da hadisə ilə bağlı məlumat yayıb: 

İyunun 12-də saat 07 radələrində Biləsuvar rayon sakinləri Nurlan Rüstəmovun bıçaqlanaraq xəsarət alması, Sadiq Abıyevin isə bıçaqlanması nəticəsində ölməsi barədə  rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Biləsuvar rayon sakini Məhəmməd Fərəcli qeyd edilən tarixdə “Qazel” markalı avtomaşınla rayonun Ağayrı kəndində yerləşən pambıq səhəsinə işləməyə gedərkən onunla birlikdə həmin avtomaşında olan Nurlan Rüstəmov və Sadiq Abıyev ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonunculara xəsarət yetirib, nəticədə Sadiq Abıyev almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məhəmməd Fərəcli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Surxay Şahbazov