17 yaşlı oğlan babasının evində intihar etdi

17 yaşlı oğlan babasının evində intihar etdi
Oxunma sayı: 2699

Ağcəbədidə 17 yaşlı oğlan intihar edib.

“Qafqazinfo”nun məlumatına görə, Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Abbas Tağızadə Ağcəbədi rayonunda yaşayan babası evinə qonaq gələrək, orada həyatına son qoyub.

Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Tural Hüseynli