“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Kürdəmiş kəndi ərazisində baş verib.
Belə ki, Yuxarı Şirvan kanalında, ən yaxın xilasetmə məntəqəsindən 130 km aralıda, nəzarət olunmayan ərazidə 1997-ci il təvəllüdlü Şamil Araz oğlu Allahverdiyev batıb.
Ş.Allahverdiyevin cəsədi batdığı yerdən 5 km aralıda xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.