17 yaşlı oğlana ailəsi işgəncə verib

17-yasli-oglana-ailesi-isgence-verib
Oxunma sayı: 2593

Azərbaycanda gənc yaşında işgəncəyə məruz qalan şəxs sığınacağa yerləşdirilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb və həmin şəxsin fotosunu sosial şəbəkədə paylaşıb. O, 17 yaşlı gəncin vəziyyətinin yaxşı olmadığını vurğulayıb:

“Onun yaşadıqları insanlığa sığmır. 17 yaşında birinə necə işgəncə vermək olar ki, bədəndə salamat yeri qalmasın?! Bütün bunları edən heç də yad biri deyil. Qanından, canından olan biridir.

Başındakı yanıq zədəsini isə qıcolma zamanı soba üstünə düşəndə alıb. Amma nə danışırsa gülümsəyərək danışır”.

Günel Türksoy