Tovuz sakinini ilan sancıb.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, rayonun Yuxarı Öysüzlu kənd sakini, 2000-ci il təvəllüdlü Cəfərov Arzuman Fərman oğlu həyətdə iş görərkən ilan onun sol baldır nahiyəsindən sancıb.
17 yaşlı oğlan dərhal Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilan zəhəri əleyhinə zərdab vurulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Son xəbərlər
Son Xəbərlər