17 yaşlı qadın qeysəriyyə əməliyyatından sonra öldü - Cinayət işi başlandı

17 yaşlı qadın qeysəriyyə əməliyyatından sonra öldü
Oxunma sayı: 4406

Kürdəmirdə yeniyetmə doğuş zamanı vəfat edib.

"Qafqazinfo" "APA"ya istinadən xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Məlumata görə, 17 yaşlı Şəbnur İsmiyeva ötən gün doğuş zamanı dünyasını dəyişib.

Qeyd edək ki, Şəbnur İsmiyeva bir il əvvəl kənd sakini ilə evlənib. Lakin onların rəsmi nikahı olmayıb.

***

Baş Prokurorluqdan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, noyabrın 6-sı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında 2005-ci il təvəllüdlü Şəbinur İsayevanın qeysəriyyə əməliyyatından sonra səhhətinin pisləşməsi nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə)maddəsi ilə cinayət işi başlanılıb.

Faktla bağlı araşdırma aparılır.