17 yaşlı qızın intiharının ilkin səbəbi açıqlandı

17-yasli-qizin-intiharinin-ilkin-sebebi-aciqlandi
Oxunma sayı: 7212

Ötən gün Bakıda özünü binadan ataraq öldürən 17 yaşlı qızın intihar səbəbi məlum olub.

DİN-in Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, Bakı şəhər sakini, 17 yaşlı Xumar Babayeva  imtahanda zəif nəticə göstərdiyi üçün özünü öldürüb:

"Xətai rayonu ərazisindəki hündürmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsinin ümumi istifadə olunan eyvanından özünü atıb. O, eyvanın altında dayanmış, bu zaman onu tutmağa cəhd edən bina sakini 38 yaşlı Zahid Niyazovun üzərinə düşüb. Nəticədə X.Babayeva hadisə yerində ölüb, Z.Niyazov isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.

İlkin araşdırmalarla X.Babayevanın intihar etməsinə səbəb imtahanda zəif nəticə göstərməsi olduğu müəyyən edilib".

Xəbəri rus dilində oxuyun: Стала известна причина самоубийства 17-летней девушки - Видео