17 yaşlı Türkanənəyə kömək edin

17-yasli-turkaneneye-komek-edin
Oxunma sayı: 1988

“Kirayə pulunu ödəyə bilmədiyimiz üçün ev sahibi xəstə övladımla bizi qışın bu günündə bizi küçəyə atır”. Müalicəsinə ailəsinin imkanı olmadığı üçün 17 yaşlı Türkanənin vəziyyəti getdikcə ağırlaşır.

Elnaz xanım “Qafqazinfo”ya bildirib ki, ailədə heç kim işləmədiyindən qızını müalicə etdirmək mümkün deyil: “Qızım perinotol ensefalopatiya, psixi-fiziki inkişaf geriliyi və göz dibində miopik astiqmatezin diaqnozları ilə doğulub. Əvvəllər əlimizdə nə olsa bir təhər üstünü düzəldib müalicə etdirirdik. Ancaq iyul ayından ərim və mən ixtisara düşdüyümüz üçün hazırda işsizik və əlimizdən heç nə gəlmir. Vəziyyətimiz o qədər ağırdır ki, başımızı itirmişik. İşsiz həyat yoldaşım qalıb xəstə uşaqla, xəstə qadının əlində. Uşağın mülicələri yığılıb qalır, özüm də fiziki qabiliyyətimi hər dəfəki əməliyyatdan sonra bir az da itirirəm. Üstəgəl kirayə pulunu ödəyə bilmədiyimiz üçün qışın günü ev yiyəsi bizi evdən çıxarır. Mən əməliyyatdan yeni çıxmışam, axı nə edim? Qızımın illərlə aparılan mülicə borcları o qədər çox idi ki, işlədiyimiz zaman banklardan pul götürüb onları vermişdik. İxtisara düşəndən sonra bu yükdə üstümüzdə qalıbdır. Mən vəziyyətin hamısını yazsam, yer çatmaz. Lakin qısaca bildirirəm ki, xeyirxah, ürəyində insafı olan insanların köməyinə ehtiyacımız var. Yoldaşım bir fəhləlik işi də tapmır ki, etsin”.

Ailə əvvəllər də övladının xəstəliyi səbbindən mediaya üz tutub. 2012-ci ildə “Xeyir Körpüsü” verilişində ailə haqqında dəfələrlə sujet verilsə də, kömək edən olmayıb:

“Video yutuba yükləndikdən sonra bir nəfər 5 manat, bir nəfər də 1000 manat köməklik etdi. O pulla uşağı müalicə etdirdik və gözünün zəifliyi -13-dən -8-ə kimi düşdü. Lakin sonradan imkan olmadığı üçün müalicəni dayandırdıq. Hətta mənim xəstəliyim də üstünə gəlib, vəziyyət indi daha ağırdır. Hazırda uşaq gözünü ovmaqdan kirpikləri də tökülür. Ancaq əlimizdən gələn bir şey yoxdur. Beynində problem olduğu üçün bu ürəyə, ayaqlarına da vurur. Müalicələrlə beyin qidalanmalıdır. Müalicəsi üçün Hər ay 100-150 manat lazımdır. Öz çətinliklərimizi unudub övladım üçün yanıram. Xahiş edirəm, imkanlı şəxslər, qurumlar mənim səsimə səs versin. Kimlərsə vəziyyətimizi yoxlamaq, dəqiqləşdirmək isyirsə buyurub gəlsin. Ünvanımız Yeni Yasamal rayonu, Əsəd Əhədov küç. Qaçqın şəhərciyi. Yarımçıq binanın ətrafı gedir ”.

Ailəyə kömək etmək istəyənlər üçün əlaqə nömrəsi və bank hesabı:

Tel.: (051) 544 21 37; (051) 795 34 68