17 yaşlı türkiyəli futbolçu rəsmən “Barselona”da

17-yasli-turkiyeli-futbolcu-resmen-barselonada
Oxunma sayı: 2832

"Barselona" Türkiyənin "Kayserispor" klubunun futbolçusu Emre Demiri heyətinə qatıb.

"Qafqazinfo" Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalanıb.

Gənc oyunçu yeni komandasına bu mövsüm başa çatdıqdan sonra qoşulacaq.

"Barselona" bu keçid üçün qarşı tərəfə 2 milyon avro təzminat ödəyib.