17 yaşlı velosipedçini maşın vurdu

17-yasli-velosipedcini-masin-vurdu
Oxunma sayı: 1425

Biləsuvar rayonunda minik avtomobili velosipedçini vurub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndi ərazində yerləşən “Rüfət” şadlıq evinin qarşısında olub.

Beyləqan şəhər sakini, 1992-ci il təvəllüdü Məmmədli Elnur Hüseyn oğlu idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə velosepedçini vurub.

Qəzada velosipedi idarə edən Bəydili kənd sakini, 2004-cü il təvəllüdlü Həsənov Rəvan Ziya oğlu ağır qapalı kəllə-beyin travması alıb.

O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, reanimasiya şöbəsində həkim nəzarətindədir.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov