Fransanın paytaxtı Parisdə tikilən rus pravoslav kilsəsinə 8 tonluq qızıldan hazırlanan ilk qübbəs yerləşdirilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Eyfel qülləsi yaxınlığında inşa edilən Saint Trinite Kilsəsinin üzərinə 12 metr yüksəkliyində və 8 ton ağırlığındakı qızıl örtməli qübbə qoyulub.
Rusiyanın 170 milyon avro maliyə ayırdığı kilsəyə daha 4 qübbə yerləşdiriləcək. Məktəb binası, mədəniyyət mərkəzinin də olduğu kilsənin oktyabr ayında açılışı olacaq.
Qeyd edək ki, kilisənin olduğu 4 min kvadrat metrlik ərazi 2010-ci ildə keçmiş prezidenti Nikola Sarkozi dövründə Rusiyaya satılmışdı.
Satış ölkədə müzakirələrə səbəb olmuş və kilsənin rus kəşfiyyatının bir mərkəzi olaraq istifadə ediləcəyi iddia edilmişdi.


Son xəbərlər
Son Xəbərlər