Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın adının hallandığı dələduzluq işi ilə bağlı cinayət işi açılıb.
Bu barədə “Qafqazinfo”ya zərərçəkmiş Eynur Kərimovun vəkili Adəm Məmmədov məlumat verib. O bildirib ki, faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi açılıb.
Qeyd edək ki, Eynur Kərimovun adı çəkilən dövlət qurumunun sabiq aparat rəhbəri Səfər İmanova 170 min dollar pul verdiyini iddia edib. O bildirib ki, həmin məbləğ onun yanında qurumun rəhbəri Hicran Hüseynovaya verilib. Əvəzində isə H.Hüseynova onu icra hakimiyytələrindən birində müavin vəzifəsinə təyin etdirəcəyini deyib.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər